Antalyada oteldə yanğın olub


  • 20 May 10:55

Türkiyənin Antalya şəhərində oteldə yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Antalyanın Alanya rayonunda yerləşən 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yanğın baş verib.

Bölgəyə dərhal təcili yardım, jandarma və xilasetmə qrupları göndərilib.

Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.

Hadisə nəticəsində binaya ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər