Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb.
E-huquq.az xəbər verir ki, cənazələri daşıyan təyyarə Mehrabad hava limanına çatıb. Sabah onlarla Tehranda vida mərasimi keçiriləcək.
***
10.42
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət rəsmiləri ilə vida mərasimi başlayıb.
E-huquq.az xəbər verir ki, tədbir Təbrizdə keçirilir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.
