Məzmuna keç

Mikrovtobusla minik avtomobili toqquşub, yaralılar var

Türkiyənin Bingöl şəhərində fəhlələri daşıyan mikroavtobusla minik avtomobili toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Qəza yerinə təcili yardım, polis və jandarma qrupları cəlb sövq edilib.

Yaralılar Bingöl Dövlət Xəstəxanasına aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə