Türkiyənin İstanbul şəhərində özünü vəkil kimi təqdim edən şəxs vətəndaşa qarşı 40 milyon lirə məbləğində dələduzluq edib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, özünü vəkili kimi təqdim edən Kadir adlı şəxs zərərçəkmişə 11 ildir vəkil kimi fəaliyyət göstərdiyini deyib və ona hüquqi yardım göstərəcəyini söyləyib.
Bunun qarşılığında isə ondan 40 milyon lirə alıb.
Daha sonra aldadıldığını başa düşən şəxs polisə müraciət edib.
Zərərçəkmiş polisə ifadəsində bildirib ki, ətrafındakı hər kəs onu vəkil olaraq tanıyır. Onun yaxınları da həmin şəxsə vəkil kimi müraciət edib.
Qeyd edək ki, yalanı ortaya çıxan şəxs vəkil olmadığını etiraf edib. Bildirib ki, ofisində çalışan vəkillər vasitəsilə vətəndaşlara vəd etdiyi hüquqi işləri həyata keçirirmiş.
Şəbnəm Mehdizadə
