Türkiyənin Ağrı şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı bir qrup şəxsin terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi müəyyən edilib.
Təhlükəsizlik qüvvələri tərəfindən keçirilən
əməliyyat zamanı 15 şübhəli saxlanılıb.
Həmçinin şübhəlilərə məxsus çoxu sayda sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
Şəbnəm Mehdizadə
