Nigeriyada məsciddə baş verən partlayış nəticəsində 17 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nigeriyanın Kano əyalətində qeydə alınıb.
Kano Əyalətinin polis idarəsindən bildirilib ki, ötən həftə əyalətin Gezava bölgəsində yerləşən məsciddə törədilən terror hadisəsi zamanı yaralanan 6 nəfər həyatını itirib.
Bununla da teror hadisəsi nəticəsində ölənlərin sayı 17-ə çatıb.
Hadisə ilə bağlı 1 nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə
