ABŞ-da fırtına və tornadolar çoxsaylı insan tələfatına səbəb olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı ölkənin bir sıra ştatlarındakı yaşayış məntəqələrinə böyük ziyan dəyib.
Ayova ştatının Qrinfild qəsəbəsində fırtına nəticəsində xeyli insan həyatını itirib.
Ayova ştatının polisi bölgədə axtarış-xilasetmə işləri davam etdiyini deyib.
Ştatın qubernatoru Kim Reynolds 15 əyalətdə fövqəladə vəziyyət elan edildiyini söyləyib.
Qeyd edək ki, Ayova ilə yanaşı Nebraska, İllinoys və Viskonsin ştatları da güclü yağış, külək və tornadolardan zərər çəkib, ştatların bəzi yerlərində elektrik enerjisi kəsilib.
ABŞ Milli Meteorologiya rəsmiləri, Texasdan Miçiqana qədər ən azı 329 şiddətli fırtınanın qeydə alındığını və əsasən Ayova, Viskonsin və Minnesota ştatlarında 20 tornado meydana gəldiyini bildirdi.
Kəskin hava şəraitinin həftə sonuna qədər davam edəcəyinə dair əhaliyə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə
