Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub


  • 24 May 10:32

Türkiyənin Dənizli şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, peşə liseyində təhsil alan 24 şagird yeməkdən sonra axşam saatlarında ürək bulanması, başgicəllənmə və qarın ağrısndan şikayətlənib.

Məktəbə təcili yardım qrupları göndərilib.

Şagirdlər zəhərlənmə şübhəsi ilə ətrafdakı xəstəxanalara aparılıb.

Şagirdlərin yediyi qidalardan nümunələr götürülüb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər