Kağız fabrikində güclü yanğın: 7 nəfər zərər çəkib


  • 24 May 10:53

Türkiyənin Aydın şəhərində kağız fabrikində yanğın olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydının Söke rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası və təcili yardım qrupları göndərilib.

Yanğın qrupların müdaxiləsi ilə söndürülüb.

Yanğın zamanı 6 fabrik işçisi və bir yanğınsöndürən tüstüdən zərər çəkib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər