Nigeriyada filmlərdə siqaretdən istifadə qadağan edilib


  • 24 May 11:17

Nigeriya hökuməti filmlərdə və kliplərdə siqaretdən istifadə qadağan edib.

E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Film və Video Senzura Şurasının baş direktoru Şaibu Hüseyni Enuqu məlumat verib.

Hüseyni ölkədə siqaretin geniş yayılması ilə bağlı valideynlərə də çağırış edib.

O, filmlərdə siqaretlə yanaşı, zorakılıq, cinayət və ictimai dəyərlərə uyğun gəlməyən hərəkətlərin də qadağan ediləcəyini bildirib.

Qeyd edək ki, Nigeriyada siqaret çəkmək ictimaiyyət arasında müsbət qarşılanmır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər