Fransada futbol meydançasına ildırım düşüb: 1 nəfər ölüb


  • 24 May 14:30

Fransada futbol meydançasına ildırım düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

E-huquq.az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, hadisə Pas-de-Kale əyalətinin Lens şəhəri yaxınlığındakı Qabriel Peri meydançasında baş verib.

Həmin vaxt 30 nəfərlik futbol komandası məşq prosesində olub.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Meteorologiya xidməti Meteo France tərəfindən Pas-de-Kale əyalətində narıncı kodla xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər