Vyetnamda binada baş verən yanğında 14 nəfər ölüb


  • 24 May 14:51

Vyetnamda 5 mərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb.

E-huquq.az "Vietnam News"a istinadən xəbər verir ki, hadisə Vyetnamın paytaxtı Hanoyda baş verib.

Binanın yerləşdiyi küçə dar olduğuna görə, yanğınsöndürmə qrupları alova vaxtında müdaxilə edə bilməyib.

Nəticədə 14 nəfər həyatını itirib.

Yanğın zamanı birinci mərtəbədəki 4 nəfər pəncərədən atılaraq xilas olub.

Yaralılardan birinin vəziyyəti isə ağırdır.

Hanoy meri Tran Sy Thanh yanğınla bağlı araşdırma aparıldığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər