Paşinyanın helikopteri məcburi eniş etdi


  • 25 May 11:22

Ermənistanın Baş naziri Nikol Paşinyanın helikopteri məcburi eniş edib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Bildirilib ki, Paşinyan bu gün səhər saatlarında Tavuşa gedirmiş, lakin Vanadzor stadionuna məcburi eniş etməli olub.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində İran Prezidenti də daxil olmaqla 9 nəfər həlak olub.

Mənbə: Trend.az

Oxşar xəbərlər