Avstraliyada quş qripinə görə 500 mindən çox toyuq məhv ediləcək


  • 27 May 13:23

Avstraliyanın Viktoriya ştatında quş qripi aşkar edilən iki fermada 500 mindən çox toyuq ərzində məhv ediləcək.

E-huquq.az xarici mətbuata xəbər verir ki, Meredit və Teranq şəhərlərində yerləşən fermalarda ilk yoluxma faktı aşkarlanıb.

Ferma sahibi Bradley McAuliffe Viktoriya aidiyyəti qurumlarla əlaqə saxladıqdan sonra onun iki ferması karantinə alınıb.

Bir həftə ərzində 500 mindən çox toyuqun məhv ediləcəyini bildirilib.

Qeyd edək ki, mayın 22-dən etibarən ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) quş qripi səbəbindən Viktoriyadan gələn və ya tranzit olaraq bu bölgədən keçən toyuq məhsullarının idxalına məhdudiyyətlər qoyub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər