İzmirdə FETÖ-yə qarşı əməliyyatda 9 nəfər saxlanılıb


  • 29 May 11:32

Türkiyənin İzmir şəhərində (FETÖ) Terror Təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir neçə şəxsin təşkilatın iclaslarında iştirak etdikləri müəyyən edilib.

Təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı İzmir Polis İdarəsinin 6 polis əməkdaşı və 3 keçmiş polis köməkçisi saxlanılıb.

Şübhəlilər polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər