Hindistan və Banqladeşdə tropik siklon nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb


  • 29 May 11:46

Hindistan və Banqladeşdə "Remal" siklonunun yaratdığı sel və torpaq sürüşməsi nəticəsində 55 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hindistanın Mizoram əyalətinin rəsmiləri məlumat verib.

Məlumata görə, tropik qasırğa nəticəsində Hindisatnda ümumilikdə 40 nəfər ölüb.

Fırtına nəticəsində həmçinin evlərə ciddi ziyan dəyib.

Banqladeşdə isə siklon nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib.

Ölkədə 800 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər