Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 90 nəfər saxlanılıb

Türkiyənin 17 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, son 4 gün ərzində 17 vilayətdə keçirilən "Kıskaç-18" əməliyyatlarında 90 nəfər saxlanılıb.

Əməliyyat zamanı təşkilata aid çoxlu sayda sənəd və rəqəmsal materiallar ələ keçirilib.

"Qəhrəman polislərimizi təbrik edirəm. Terrorçuların göz açmasına icazə verməyəcəyik. Sülh və əmin-amanlıq üçün əməliyyatlarımız qətiyyətlə davam edəcək" – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə