Məzmuna keç

Muğlada meşə yanğını olub

Türkiyənin Muğla şəhərində meşə yanğını olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Yaraş adlı meşə sahəsində naməlum səbəbdən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Muğla Regional Meşə İdarəsinə aid su maşınları, helikopter, çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları cəlb edilib.

Bir müddət sonra yanğının qarşısı alınıb.

Ərazidə soyutma işləri aparılır.

Şəbnəm Mehdizadə