Türkiyənin Manisa şəhərində kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Manisada yerləşən kabel fabrikində yemək yeyən 24 fəhlənin qəfildən halı pisləşib.
Zərərçəkmişlər Manisa Mərkəzəfəndi Dövlət Xəstəxanasına aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
