Hindistanda isti hava 16 nəfərin ölümünə səbəb olub.
E-huquq.az Hindistanın NDTV xəbər saytına istinadən xəbər verir ki, ölkənin Biharın Aurangabad şəhərində havanın temperaturu 48 dərəcəyə çatıb.
Şəhər xəstəxanasının həkimi bildirib ki, xəstəxanaya azı 35 nəfər müraciət edib.
Biharda yerləşən məktəblərdə tədris prosesi iyunun 8-dək dayandırılıb.
Yerli mətbuat bir məktəbdə 16 şagirdin isti hava səbəbindən huşunu itirdiyini yazır.
Hindistan Meteorologiya İdarəsi yaxın 2 gün ərzində isti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə
