Məzmuna keç

Yaponiyada 6 bal gücündə zəlzələ olub, 5 bina uçub

Yaponiyanın İşikava əyalətində 6 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 06.31-də yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Yerli vaxtla saat 06.40-da isə həmin bölgədə 4,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar İşikava və ətraf ərazilərdə, o cümlədən yaxınlıqdakı Fukui və Niiqatada hiss olunub.

İşikava əyalət qubernatorluğundan verilən məlumata görə, zəlzələlər zamanı Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub.

Yerli hökumət qurumlarının məlumatına görə, təbii fəlakət zamanı ölən olmayıb.

Şəbnəm Mehdizadə