Məzmuna keç

ABŞ-da göldən içərisində 100 min dollar olan seyf tapılıb

ABŞ-ın Nyu-York şəhərində içərisində 100 min dollar olan seyf tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, seyfi Corona Parkında göldə balıq tutmaq istəyən 2 nəfər tapıb.

Onlar seyfin kimə aid olduğunu müəyyən etmək üçün şəxsiyyət vəsiqəsi tapa bilmədiklərinə görə polisə müraciət ediblər.

Polis seyfdən çıxan pulun hər hansı cinayət işi ilə əlaqəsinin olmadığını bildirib.

Şəbnəm Mehdizadə