Məzmuna keç

Türkiyə ordusu İraq və Suriyanın şimalında 4 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında ümumilikdə 4 terrorçunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyat bölgəsində 3 PKK/YPG, İraqın şimalındakı Hakurk bölgəsində isə 1 PKK terrorçusunu zərərsizləşdirildiyi qeyd olunub.

"Terrorçuları qazdıqları səngərlərdə basdırmağa davam edirik!" – deyə nazirliyin məlumatında bildirilib.

Şəbnəm Mehdizadə