Məzmuna keç

İstanbulda boya fabrikində güclü yanğın olub

Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Silivri adlı ərazisində yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım əməkdaşları cəlb olunub.

Yanğının qarşısı alınıb. Ərazidə soyutma işləri aparılır.

Şəbnəm Mehdizadə