Məzmuna keç

Türkiyədə 63 miqrant qaçaqmalçısı saxlanılıb

Türkiyədə 63 miqrant qaçaqmalçısı saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Yerlikaya məlumat verib.

Nazir qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində 4 vilayətdə Jandarma Komandanlığı tərəfindən “Kalkan-23” adlı əməliyyat keçirildiyini söyləyib.

Əməliyyat zamanı 63 nəfər saxlanılıb.

Onlardan 38-i həbs olunub, 14-ü isə məhkəmə nəzarəti ilə şərti azadlığa buraxılıb.

“Ölkəmizi qeyri-qanuni miqrasiya üçün hədəf və tranzitə çevirməyə çalışanlara göz açmağa imkan verməyəcəyik” – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə