Türkiyənin Zonguldak şəhərində mədən çöküb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 fəhlə dağıntılar altında qalıb.
Əraziyə xilasedicilər, təcili yardım, jandarma əməkdaşları cəlb edilib.
Dağıntılar altında qalan fəhlələrdən 1-i xilas edilib.
Digər fəhlənin axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
