Məzmuna keç

İzmirdə PKK/KCK-ya qarşı əməliyyat zamanı 8 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatında fəaliyyət göstərdiyi və təşkilatın təbliğatını apardıqları iddia olunan 10 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Eyni vaxtda keçirilən əməliyyat zamanı 8 şübhəli yaxalanıb.

Ünvanlarda rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.

Digər 2 şübhəlinin tutulması üçün axtarış tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə