Türkiyənin Bursa şəhərində meşəlik ərazidə yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə böyüyüb.
Orhaneli rayonunda baş verən yanğının söndürülməsində 38 ədəd texnika və 3 helikopter iştirak edir.
Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.
Zərif Sofiyeva
