Məzmuna keç

Mikroavtobusla avtomobil toqquşub, 10 nəfər yaralanıb

Türkiyənin Kahramanmaraş şəhərində minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 10 nəfər yaralanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qəza Kahramanmaraşın Kahramanmaraş-Osmaniye avtomobil yolunda baş verib.

Əraziyə təcili yardım və jandarma qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə