Məzmuna keç

Şimal-Cənub marşrutu yüklərin 10 gün tez çatdırılmasına imkan verəcək –

Şimal-Cənub marşrutu yüklərin Süveyş kanalından 10 gün tez çatdırılmasına imkan verəcək.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

“Şimal-Cənub Nəqliyyat Dəhlizi çox yaxşı və ehtiyac duyulan beynəlxalq dəhlizə çevrilə bilər. Sankt-Peterburq limanından yüklər bütün Avropa hissəsindən keçərək Azərbaycana, oradan İrana və Fars körfəzi sahillərinə çıxış yolu ilə gedəcək. Bu, Süveyş kanalı ilə müqayisədə demək olar ki, 10 gün tezdir”, – deyə o bildirib.