Məzmuna keç

Putin Rusiya və Ukraynanın itkilərini açıqladı

Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə Rusiya və Ukraynanın xüsusi hərbi əməliyyatda itkilərinin sayını şərh edib.

E-huquq.az xəbər verir ki, o, Ukrayna ordusunun ayda təxminən 50 min insan itirdiyini bildirib.

“Əgər geri qaytarıla bilməyən itkilərdən danışırıqsa, onda nisbət belədir: birə beş… Bu, Ukraynada total səfərbərlik həyata keçirmək cəhdi ilə bağlıdır, çünki döyüş meydanında çox böyük itkilər var”, – Putin bildirib.