Türkiyənin Mersin şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Türkiyənin Baş Prokurorluğu tərəfindən terror təşkilatında fəaliyyət göstərən və terrorçuluğu təbliğ edən şəxslərin deşifrə edilməsi istiqamətində araşdırma aparılıb.
Polis əməkdaşları şəhər mərkəzində və Tarsus rayonunda yaşayış evlərində əməliyyat keçirilib.Əməliyyat zamanı 6-sı xarici ölkə vətəndaşı olmaqla 12 nəfər saxlanılıb.
Saxlanılan şəxslərdən 6-ı Suriya vətəndaşıdır.
Ünvanlarda sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
Şəbnəm Mehdizadə
