Məzmuna keç

Türkiyədə qayıq batıb: 5 nəfər xilas edilib

Türkiyənin Artvin şəhərində səyahət qayığı batıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Borçka süni gölündə səyahət qayığının batması nəticəsində 5 nəfər suya düşüb.

Hadisə yerinə jandarma, təcili yardım və xilasedicilər cəlb edilib.

Suya düşən 5 nəfər xilas edilib.

Zərərçəkmişlər Artvin Dövlət Xəstəxanasına aparılıb.

Artvin valisi Cengiz Ünsal ərazidə olub.

Şəbnəm Mehdizadə