Məzmuna keç

Bursada boya fabrikində güclü yanğın olub

Türkiyənin Bursa şəhərində boya fabrikində yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın Kestel adlı ərazisində yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə jandarma, xilasedicilər, təcili yardım qrupları və yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində fabrikə ziyan dəyib.

Tüstüdən zəhərlənən 3 nəfər xəstəxanaya aparılıb.

Zərif Sofiyeva