Türkiyənin Bursa şəhərində mebel fabrikində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, jandarma və təcili yardım qrupları göndərilib.
Təxminən 1 saat sonra yanğının söndürülməsi mümkün olub.
Tüstüdən zəhərlənən 4 fəhlə İnegöl Dövlət Xəstəxanasına aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
