Məzmuna keç

Türkiyədə fabrikdə güclü yanğın olub

Türkiyənin Konya şəhərində təkrar emal fabrikində yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Ereğli rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis cəlb edilib.

Yanğının qarşısı alınıb.

Hadisə nəticəsində fabrikə ziyan dəyib.

Şəbnəm Mehdizadə