- 21 Mart 20:38
Yəmən sahillərində gəminin batması nəticəsində 38 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər içərisində təqribən 250 nəfərin olduğu gəminin sahilə çatmamış batdığını söyləyib.
Balıqçılar və yerli sakinlər 78 miqrantı xilas edə bilib.
İtkin düşmüş 100-ə yaxın adamın axtarış-xailsetmə işləri davam edir.
Gəmidəkilərin əksəriyyəti Körfəz ölkələrinə getmək istəyən Efiopiyalı miqrantlar olduğu bildirilir.
Hadisə ilə bağlı Birləşmiş Millətlər Təşkilatına məlumat verilib.
BMT-nin məlumatına görə, keçən il Afrika Buynuzu bölgəsindən Yəmənə 97 min miqrant gəlib.
Şəbnəm Mehdizadə