Hindistanda 4 yaşlı uşaqda quş qripi aşkarlanıb


  • 12 İyun 13:34

Hindistanda 4 yaşlı uşaqda quş qripinə yoluxma halı aşkarlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Məlumata görə, bu, Hindistanda 2019-cu ildə virusun ilk dəfə bir insanda aşkarlanmasından sonra ikinci belə yoluxma faktıdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanın Qərbi Benqal əyalətində 4 yaşlı uşaqda quş qripi xəstəliyinin aşkarlandığını təsdiqləyib.

Ağır tənəffüs yoluxucu xəstəliklər, yüksək hərarət kimi şikayətlərlə fevral ayında reanimasiya şöbəsinə yerləşdirilən uşaq 3 aydan sonra evə buraxılıb. Uşağın ev quşları ilə təmasda olduğu bildirilib, onun ailəsində və yaxınlarında tənəffüs yoluxucu xəstəlik əlamətləri olan başqa heç kimin olmadığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər