Fransada yaşıllıq ərazidə güclü yanğın olub, yaxınlıqdakı sakinlər təxliyə edilib


  • 12 İyun 14:54

Fransanın cənubundakı Var əyalətində baş verən yanğın nəticəsində 600 hektar yaşıllıq sahəsi yanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Vidauban qəsəbəsində baş verən yanğının söndürülməsinə 430 yanğınsöndürən, 3 təyyarə, 2 helikopter və 137 texnika cəlb olunub.

Hələlik nəzarət altına alınmayan yanğın nəticəsində indiyədək 600 hektar yaşıllıq sahə məhv olub.

Vidauban və Plan-de-la-Tur şəhərlərini birləşdirən yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Hər iki qəsəbənin müəyyən hissələrində yaşayan vətəndaşlar təxliyə edilib.

Hadisə nəticəsində ölən və yaralalnanların olmadığı bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər