Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 6 nəfər saxlanılıb


  • 13 İyun 11:05

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 6 nəfər saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində təşkilatın üzvü olduğu müəyyən edilən 8 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Polis İzmirin Kemalpaşa və Tire rayonlarında həyata keçirdiyi əməliyyatda 6 şübhəlini saxlayıb.

Digər iki şübhəlinin tutulması istiqamətində tədbirlər davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər