Dünyada 120 milyon insan məcburi köçkün vəziyyətinə düşüb


  • 13 İyun 11:17

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) dünyada məcburi köçkünlərin sayının 120 milyona çatdığını açıqlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat BMT QAK “Məcburi Köçkünlükdə Qlobal Trend 2024” adlı hesabatında yer alır.

Hesabatda məcburi köçkünlərin sayının son 12 ildə ardıcıl olaraq artdığı bildirilir. Son 1 ildə isə statistik göstəricilər rekord səviyəyyə çatıb.

Hesabatda məcburi köçkünlərin sayının dünyada əhalisinin sıxlığına görə 12-ci yerdə olan Yaponiya əhalisinin sayına bərabər olduğu qeyd olunub.

Sudan, Qəzza və Myanmada davam edən qarşıdurmaların məcburi köçkünlərin sayının kəskin artmasına səbəb olduğu vurğulanıb. Sudanda davam edən dağıdıcı qarşıdurmalar 2023-cü ilin aprelindən bu yana 7,1 milyondan çox insanın ölkə daxilində didərgin düşməsinə, 1,9 milyon sudanlının isə qonşu ölkələrə köçməsinə səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər