Meksikada 18 il əvvəl itkin düşən şaxtaçıların qalıqları tapılıb


  • 13 İyun 15:06

Meksikanın şimalında 18 il əvvəl kömür mədənində itkin düşən 63 şaxtaçının qalıqları tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Meksika Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dövlət Prokurorluğu tapılan qalıqların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərə başlanılacağını bildirib.

Qeyd edək ki, 2006-cı ildə Koahuila ştatında yerləşən Pasta de Conchos mədəninin çökməsi nəticəsində mədəndə olan 73 nəfərdən 63-ü itkin düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər