- 10:10
Rusiya prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber ilə telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən Rusiyanın BRİCS-ə sədrliyi ilə bağlı məsələlər qaldırılıb.
Vladimir Putin İran müsəlmanlarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.