Samsunda fabrikdə güclü yanğın olub


  • 14 İyun 11:09

Türkiyənin Samsun şəhərində fabrikdə güclü yanğın olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Samsunun Tekkeköy rayonunda plastik fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Qısa zamanda yanğın böyüyərək yaxınlıqdakı fabrikə keçib.

Bölgəyə yanğınsöndürmə briqadası, polis və təcili tibbi yardım qrupları göndərilib.

Samsun valisi Orhan Tavlı yanğın zamanı ölən olmadığını söyləyib.

Hazırda yanğınsöndürənlər alovun qarşısını almaq üçün tədbirlər görür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər