- 15:02
Cənubi Afrika Respublikasında meymun çiçəyi virusuna (mpox) yoluxan 2 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər İnstitutu (NICD) məlumat yayıb.
Məlumatda ölkənin ən böyük əyalətləri olan Gauteng və KwaZulu-Natalda 6 yoluxma faktının aşkar edildiyi açıqlanıb.
Ölkədə virusa yoluxanlar arasında ilk dəfədir ki, ölüm halının qeydə alındığı bildirilir.
Xəstələrdən biri iyunun 10-da, Gautengdəki Thembisa xəstəxanasında dünyasını dəyişib.
38 yaşlı digər bir xəstə isə iyunun 13-də KwaZulu-Natalda ölüb.
Məlumatda virusdan ölən xəstələrin xarici ölkələrə səyahət etmədiyi qeyd olunub.
Şəbnəm Mehdizadə