Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - YENİLƏNİB


  • 16 İyun 15:33

Rostovdakı 1 saylı istintaq təcridxanasının əməkdaşları terrorçulara qaçışlarını təşkil etməyə kömək edə bilərdilər.

E-huquq.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazır.

Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu versiyanı nəzərdən keçirirlər.

***

13.31

Rusiya Federal Penitensiar Xidmətin məlumatına görə, Rostov vilayətində istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edilib.

E-huquq.az xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə cinayətkar öldürülüb. Hücum təxminən 3 dəqiqə davam edib.

Rostov İstintaq Təcridxanasının girovluqdan azad edilən əməkdaşları xəsarət almayıblar.

***

12.07

Rostov şəhərində istintaq təcridxanasında əməkdaşları girov götürənlər müxtəlif kameralarda saxlanılsa da, onlar arasında əlaqə olub.

E-huquq.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Rostovda 1 saylı istintaq təcridxanasında işçiləri girov götürülməyə bir neçə ay idi ki, hazırlıq gedirmiş. Rostov istintaq təcridxanasında girov götürənlərin hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.

***

11.15

Rostov istintaq təcridxanasında üsyan edən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.

E-huquq.az xəbər verir ki, altıncı şəxsin kimliyi hələ müəyyən edilməyib.

Məlum olub ki, onlar 2023-cü ilin dekabrında İŞİD-din tərkibində döyüşdükləri ilə bağlı mühakimə olunublar. Həmin şəxslər terror aktı hazırlamaqda (onlar Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırıblar) ittiham ediliblər. Saxlanılan şəxslər 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd olunur ki, məhkumlar istintaq təcridxanasındakı kamerada pəncərə barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar. Orada işçiləri girov götürüblər.

***

10.19

Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər cəzaçəkmə sisteminin şöbənin iki əməkdaşını girov götürüb.

E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Rostov-na-Donuda iki əməkdaşın girov götürüldüyü istintaq təcridxanası adi qaydada işləyir, vəziyyətə nəzarət olunur.

Oxşar xəbərlər