Türkiyədə zavodda başlayan yanğın söndürüldü - YENİLƏNDİ


  • 18 İyun 17:45

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda baş verən yanğın söndürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisənin səbəbi hələ ki məlum deyil.

***

16.44

İstanbulda zavodda güclü yanğın başlayıb.

E-huquq.az xəbər verir ki, hadisə Tuzla rayonundakı Dəri Sənaye Bölgəsində qeydə alınıb. Avtomobil ehtiyat hissələri istehsal edən zavodda naməlum səbəbdən yanğın baş verib. Yanğın böyük ərazini əhatə etdiyindən hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın yerində partlayış səsləri də eşidilir. Külək nəticəsində yanğın ətrafdakı digər zavodlara və meşə ərazisinə keçib.

Oxşar xəbərlər