Türkiyənin üç vilayətində meşə yanır


  • 19 İyun 09:36

Türkiyənin üç vilayətində meşə yanır.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir. İzmirin Dikili rayonunda gecədən başlayan yanğın isə küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.

Yanğının söndürülməsi istiqamətində havadan və qurudan tədbirlər davam etdirilir.

Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib.

Yanğın nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Oxşar xəbərlər