- 17 Aprel 23:52
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.
E-huquq.az xəbər verir ki, nazirliyin mətbuat katibi Ani Badalyan "Armenpress"ə açıqlaması zamanı nazir Mirzoyanın KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi.