Türkiyədə yaşayış məntəqəsi quduzluğa görə karantinə alınıb


  • 20 İyun 11:09

Türkiyənin Niğde vilayətinin Bor rayonunda sahibsiz itin bir nəfəri dişlədiyi məhəllədə karantin rejimi tətbiq olunub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Niğde Valiliyi məlumat yayıb.

Məlumata görə, Kəmərhisaradlı ərazidə bir nəfəri sahibsiz it dişləyib.

Həmin şəxs quduzluq şübhəsi ilə Bor Dövlət Xəstəxanasına müraciət edib.

Hazırda onun xəstəxanada müalicəsi davam edir.

Sözügedən itin meyiti baytar həkimin nəzarəti altında dezinfeksiya edilərək basdırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər